Xəbər lenti

Siyasət 20:07 22.04.2024

Kreml: Sülhməramlılar Qarabağı tərk ediblər, çünki regionda onların daha funksiyası qalmadı

Rusiya sülhməramlıları Qarabağı tərk ediblər, çünki regionda onların daha funksiyası qalmayıb.


Apa xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.


"Bu (sülhməramlıların çıxarılması-red) Ermənistanın 1991-ci ildəki Azərbaycanın sərhədlərini tanıdıqdan sonra regionda yaranmış hazırkı reallıqlara uyğundur. Orada geosiyasi reallıqlar dəyişib və onlar üçün daha funksiya qalmayıb", - deyə Kremlin sözçüsü vurğulayıb.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->