Xəbər lenti

Dünya 18:03 24.09.2013

Kristofer Ştrasserə qarşı "pedofil" ittihamı

Avropa Şurası Parlament Assambleyasının siyasi məhbuslar üzrə məruzəçisi kimi tanınmış Kristofer Ştrasserə qarşı ölkəsinin mediasında ciddi ittihamlar səsləndirilir.

APA-nın Almaniyanın "Die Welt" qəzetinə istinadın verdiyi xəbərə görə, qəzet “Sosial Demokrat Partiyasının siyasətçiləri "pedofil qalmaqalı" fonunda təzyiq altında” başlıqlı məqaləsində bu barədə yazıb.

Bildirilir ki, "pedofil qalmaqalı" ilə indi də Sosial Demokrat Partiyası (SDP) funksionerləri üzləşib: "Gənc demokratların rəhbəri kimi SDP-dən Bundestaqın üzvü Kristofer Ştrasser 1980-ci ilə qədər cinsi zorakılığa və cinayətə görə məsuliyyəti nəzərdə tutan qanunun və cinayət hüququnun ləğvi üzrə məsul müzakirələrdə ittiham olunur".

Almaniyanın “Sueddeutsche” qəzeti də K.Ştrasserin "uşaqlar və böyüklər arasında “razılıq əsasında intim əlaqəyə” görə cinayət məsuliyyəti daşımamağı nəzərdə tutan qanunun qəbul edilməsini tələb etdiyini bildirir: "Pedofil qalmaqalı"nda təkcə yaşıllar deyil, eyni zamanda SPD siyasətçiləri də ittiham olunurlar".

Almaniyanın məşhur “Focus” jurnalı da “Pedofil əməllərin qanuniləşdirilməsinə eyni zamanda FDP Gəncləri də tərəfdar olublar” adlı yazısında bu qalmaqaldan və Ştrasserdən yazıb: "Təəssüflər olsun ki, yalnız yaşıllar deyil, eyni zamanda daha bir siyasi qruplaşma - Gənc Demokratlar da 30 il əvvəl pedofil aktların toxunulmazlığını tələb ediblər. Beləliklə, onlar 80-ci illərdə öz fəaliyyət proqramlarında böyüklər və uşaqlar arasında “könüllü və razılıq əsasında cinsi əlaqəni” qanuniləşdirmək tələbi ilə çıxış ediblər".

"Pedofil qalmaqalı" ilə bağlı analoji məzmunlu məqalələr Almaniyanın aparıcı media qurumlarının və internet saytlarının əsas mövzusuna çevrilib. K.Ştrasser isə bununla bağlı yazılı açıqlamasında ona qarşı olan ittihamlara dair “heç bir yazılı sübutun olmadığını" bildirib: "80-ci illərin əvvəllərində Gənc Demokratların hamısı cinsi zorakılıq barədə qanunun ləğv olunmasını istəyirdilər".

K.Ştrasser ona qarşı olan ittihamları “cəfəngiyyat” adlandırıb. O bildirib ki, "uşaqlara qarşı seksual əməllərə görə törədilən cinayətə heç bir vəchlə bəraət qazandırıla bilməz".

K.Ştrasser bildirib ki, 2013-cü ildə SDP parlament fraksiyası ilə birlikdə intim münasibətdə yaş həddinin artırılması ilə bağlı qanun qəbul edilməsi təklifi ilə çıxış edib.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?