Xəbər lenti

La Liqa dünyanın ən uzun adlı klubuna sponsorluq edəcək
İdman 12:39 14.09.2023

La Liqa dünyanın ən uzun adlı klubuna sponsorluq edəcək

Dünyanın ən böyük klublarının yer aldığı La Liqa maraqlı addım atıb. 
 
Qaynarinfo-nun məlumatına görə, onlar futbol aləmində ən uzun adlı klubla müqavilə imzalayıblar. La Liqa sözügedən klubun forma sponsoru olacaq.  

İspaniya çempionatının əməkdaşlıq etdiyi klub Uels təmsilçisi "Llanfairpwllgwyngyllgogerychwyrndrobwlllantysiliogogogoch”dur. La Liqa sözügedən klubla birillik müqavilə imzalayıb.

Yəqin ki, heç vaxt belə uzun adı olan klub görməmisiniz. Qısa adı "Llanfairpwll” FC olan klub Uelsin cənubunda yerləşən Anqilsey adasını təmsil edir. Onun adı Anqilesey adasının cənubunda yerləşən 1899-cu ildə yaradılmış Llanfairpwllgwyngyllgogerychwyrndrobwllllantysiliogogogoch şəhərindən götürülüb.

"Llanfairpwllgwyngyllgogerychwyrndrobwllllantysiliogogogoch "Futbol Klubu dünyanın ən uzun adına malik futbol klubu hesab edilir.
 

 


Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->