Xəbər lenti

La Liqa prezidenti yenidən seçilmək üçün istefa verdi
İdman 11:45 23.11.2023

La Liqa prezidenti yenidən seçilmək üçün istefa verdi

İspaniyada 1-ci və 2-ci liqalarda mübarizə aparan 42 futbol klubunun bağlı olduğu La Liqanın prezidenti Xavyer Tebas istefa verib.

Qaynarinfo-nun məlumatına görə, Tebasın istefa verməkdə məqsədinin yenidən seçilmək olduğu iddia edilib. Tebasın stefasından sonra prezident seçkilərinin 2024-cü il ərzində keçirilməsi gözlənilir. 

Futbolda danışılmış oyunlara hərtərəfli nəzarət, irqçiliklə mübarizə, klubların iqtisadi nəzarəti və televiziya hüquqlarının bölüşdürülməsi ilə bağlı atdığı addımlarla diqqət çəkən Tebasın prezident vəzifəsini icra edəcəyi bildirilir. İlin sonunda keçirilməsi gözlənilən seçkilərdə başqa namizəd olmayacağı halda dördüncü dəfə prezident seçiləcək.

Seçkilərin gələn il keçiriləcək İspaniya Futbol Federasiyası seçkiləri ilə ziddiyyət təşkil etməməsi üçün La Liqa rəhbərinin bu addımı atdığı bildirilir.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->