Xəbər lenti

La Liqa təmsilçisinin yeni baş məşqçisinin adı açıqlandı
İdman 11:59 03.11.2022

La Liqa təmsilçisinin yeni baş məşqçisinin adı açıqlandı

İspaniya La Liqa komandalarından "Selta"nın yeni baş məşqçisi müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, klub Karlos Karvalhalla anlaşdıqlarını açıqlayıb. Son klubu BƏƏ təmsilçisi "Əl-Vahda" olan Karvalhal  bir müddət əvvəl qovulan Eduardo Kudetin yerinə gətirilib. Portuqaliyalı çalışdırıcı ilə 2024-cü ilə qədər müqavilə imzalanıb.

Türkiyədə "Beşiktaş”ı və "Başakşehir"i çalışdıran Karvalhal ölkəsində "Braqa”, "Sportinq”, "Maritimo”, "Rio Ave”, "Vitoriya Setubal” kimi komandalarda işləyib. O, İngiltərədə "Şeffild Uensdey" və "Suonsi Siti"yə də rəhbərlik edib.

La Liqada son 12 turda 3 qələbə və 2 heç-heçə edən "Selta" 11 xalla 16-cı yerdədir.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->