Xəbər lenti

Mahir Emreli:
İdman 20:46 30.07.2022

Mahir Emreli: "Biz möhtəşəm komandayıq"

Azərbaycan millisinin və Zaqreb "Dinamo"sunun üzvü Mahir Emreli Xorvatiya çempionatının son turunda vurduğu qoldan danışıb.
 
Qaynarinfo xəbər verir ki, uzun müddətdir zədədən əziyyət çəkən fubolçumuz klubun rəsmi saytına açıqlamasında bunları deyib.
 
adam ki, biz qalib gəldik. Qol isə mənim üçün əlavə desert oldu. Vacib olan 3 xalı qazanmaq idi. Kürəyimdəki zədə məni uzun müddət narahat etdi. Hazırda özümü yaxşı hiss edirəm və komandaya kömək etməyə hazıram. Növbəti görüşlərdə nə qədər şans qazanacağımı deyə bilmərəm. Ancaq əlimdən gələnin ən yaxşısını edəcəyəm. Ümid edirəm ki, oyundan-oyuna öz formamı yaxşılaşdıracağam. Ağır zədədən sonra əvvəlki formaya geri qayıtmaq çətindir. Amma çalışacağam ki, əvvəlki formamı bərpa edim. Zədə həyatımızın bir hissəsidir. Biz möhtəşəm komandayıq və hamı ilə meydandan kənarda da yaxşı münasibətim var. Ona görə də zədəli olduğum vaxt psixoloji cəhətdən çətinlik çəkmədim".
 
Emreli Xorvatiya çempionatının 3-cü turunda "İstra 1961"ə qarşı oyunda meydana çıxıb. Qarşılaşma Zaqreb "Dinamo"sunun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Mhir 88-ci dəqiqədə komandasının 4-cü qoluna imza atıb.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->