Dünya 11:13 12.08.2018

Mançesterdə silahlı insident: 10 yaralı var

İngiltərənin Mançester şəhərinə baş verən silahlı qarşıdurmada 10 nəfər yaralanıb.

Qaynarinfo Guardian-a istinadən xəbər verir ki, polis gecə saatlarında qeydə alınan insidentin səbəbkarını axtarır. Hadisənin baş verdiyi Kleirmont küçəsində qısa müddət əvvəl Karib Karnavalı yekunlaşmışdı.

Yaralıların həyatları üçün təhlükə olmadığı bildirilir.

Gülşən