Xəbər lenti

Sənət 20:25 21.02.2018

Mart gəlsin dərdini basım bağrıma (Şeir)

QARDAŞXAN

Bahar Zamanı

İt ilində doğulmuşam
It günündə yaşayıram
İt ili nə təhər marıtladısa
misramı əlimə çomaq götürdüm
dənizə baş vuran martılarısa
elə ilk misrama uyak götürdüm

it ili it olub qurd tək ulayır
bir ağız qar hürüb adam dolayır
üstünə gələnə quyruq bulayır
bu ili özümə nahaq götürdüm

girincə girincəm yorğun arğınam
mart gəlsin dərdini basım bağrıma
belə yorğunam ki düşüb yorğana
yorğanıma görə ayaq götürdüm

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?