Mərhum sənətkar Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov atasının mahnılarını ifa etməyi digər müğənnilərə qadağa qoyub.
Bunu M.Kazımovun 24 yaşlı oğlu "Olduğu kimi" proqramında bildirib.
Rəşid atasının 4 il qabaq dünyasını dəyişməsindən sonra çox dostlarının "dəyişdiyini", çox sənət yoldaşları tərəfindən unudulduqlarını qeyd edib:
"Atam övladları kimi baxırdı hər bir mahnısına. Amma bugünkü gün o mahnıları oxuyurlar və hörmətə mindirmirlər, özlərini hörmətdən salırlar. Məhəbbət Kazımovun tək oğluyam və yeganə varisiyəm. Demək istəyirəm ki, bu gündən Məhəbbət Kazımovun mahnılarını oxumağı qadağa qoyuram!" (milli.az)
Şərhlər