Ekonomiks 12:15 23.11.2018

Mərkəzi Bank banklara kredit verilməsi qaydalarını dəyişib

"Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nda dəyişikliklər edilib.

Qaynarinfo xəbər verir ki, dəyişikliyə əsasən 360 günə qədər verilən yenidənmaliyyələşdirmə kreditlərinin təmin olunmalı olduğu aktivlər siyahısına rəsmi reyestrdə üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmı. daşınar əmlak da əlavə edilib. 

Həmçinin bundan sonra 20 mln. manatdan çox olan, 360 günə qədər yenidənmaliyyələşdirmə kreditlərinin verilməsi barədə qərarı AMB-nin İdarə Heyəti qəbul edəcək. Xatırladaq ki, indiyə qədər yalnız 360 gündən çox müddətə verilən yenidənmaliyyələşdirmə kreditləri barədə qərarı qurumun rəhbərliyi qəbul edirdi.