Xəbər lenti

İdman 19:24 14.08.2013

Məşhur boksçu da prezident olmaq istəyir

Ukraynanın UDAR (Zərbə) Partiyasının sədri, professional boks üzrə dəfələrlə dünya çempionu Vitali Kliçko ölkədə keçiriləcək prezident seçkilərində iştirak etmək istəyir. 

Qaynar.info xəbər verir ki, Kliçko Dünya Boks Federasiyasının prezidenti Xose Süleymanla görüşündə bildirib ki, siyasi fəaliyyətini davam etdirmək və 2015-ci ildə keçiriləcək prezident seçkisində iştirak etmək istəyir. 

"Məni ölkənin siyasi taleyi narahat edir. Zəhmətsevərlik, intizam, komandada işləmək bacarığı mənə siyasi arenada kömək edəcək. Mənim siyasətdə əsas rolum iqtisadi islahatlar nəticəsində xalqın yaşaşını yaxşılaşdırmaqdır" Kliçko deyib. 

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?