Dünya 16:32 16.05.2018

Məşhur cinayətkarların həyat yoldaşları (FOTOLAR)

Bir nömrəli cinayətkarın həyat yoldaşı olmaq necə hissdir, heç düşünmüsünüz? 

Qaynarinfo sizə Al Kapone, Pablo Eskobar kimi əfsanəvi cinayətkarların həyat yoldaşlarının hekayəsini təqdim edir. 
 
Mariya Viktoriya Valyexo
 

 
1976-cı ildə kolumbiyalı narkobaron, 27 yaşlı Pablo Eskobar ondan uşaq gözləyən 15 yaşlı Mariya Viktoriya Valyexo ilə evlənir. Onun saysız xəyanətlərinə baxmayaraq, Mariya hər zaman Eskobara sadiq qalır. Mariya həyat yoldaşının bütün işlərindən xəbərdar olduğundan onun ölümündən sonra daim ad dəyişdirərək qaçaq həyatı yaşayır. Amma yenə də polislər onu tutur və Mariya il yarım həbs yatır. Lakin tutarlı sübut olmadığından onu azad edirlər.
 
Eskobarın oğlu isə qızı və həyat yoldaşı ilə sakit həyat sürür. Atası haqqında xatırladığı tək şey onun çox xeyirxah, qayğıkeş və duygusal olmasıdır. Elə buna görə də narkobaron həbs olunur. Oğlunun doğum günündə onunla əlaqə saxlayan cinayətkar polislər tərəfindən bir neçə saatın içində elə həmin o zənglə tapılır. 

Mey Jozefin Kaflin
 
 

Al Kapone 19 yaşında Mey Jozefin Kaflin adlı 18 yaşlı irlandiyalı gözəllə evlənib. Nikahdan əvvəl onların artıq bir övladı var idi. Kapone həyat yoldaşına ona son nəfəsinə qədər əziyyət verən siflis xəstəliyi yoluxdurur. Onların övladları da dünyaya bu xəstəliyin daşıyıcısı kimi gəlir. Uşağı doğulan kimi beyin əməliyyatı edirlər və o bütün ömrünü qismən kar olaraq keçirir. Bütün bu çətinliklərə baxmayaraq, Mey 89 il ömür sürür. Və iflicdən dünyasını dəyişir.

Al Kopane isə həyatının sonlarına doğru soyadını Braun olaraq dəyişdirir və qanuna riayət edən bir vətəndaşa çevrilir. Dörd qız atası olan Kopane 2004-cü ildə intihar edir. 

Alisa Daymond
 
 

Dindar və ağır təbiətli Alisa Daymond həyat yoldaşı Cek Leqs Daymondu dəstəkləməsə də, ona sadiq qalır və xəyanəti belə bağışlayır. Cek Daymond dövrünün ən böyük içki qaçaqmalçısı olub. Bir dəfə məşhur mafiyoz 5 gülləyə tuş gəlib. Lakin o nəinki sağ qalıb, hətta oteldən qaçıb kömək çağırmağa belə imkan tapıb. Buna görə cinayətkarı ölümsüz adlandırıblar.
 
Onu 1931-ci ildə onu Nyu-yorkda bir otel otağında öldürməyə nail oldular. Qətldə mafiyaları, polisləri, hətta siyasətçiləri belə günahlandırırdılar. Ölümündən 2 il sonra cinayətkarın həyat yoldaşı da Bruklindəki mənzilində ölü tapılıb. 

Emma Koronel Aispuro
 
 

Emma 2007-ci ildə 18 yaşı olarkən meksikan narkobaron Xaokin Qusman Loerana ərə gedir. Bununla da 50 yaşlı El Çaponın (dünyanın ən təhlükəli cinayətkarı) 4-cü həyat yoldaşı olur. 2012-ci ildə onun narkobarondan əkiz qızı dünyaya gəlir. "Forbes" jurnalının xəbərinə görə, El Çapo dünyanın ən güclü və zəngin narkobaronu seçilib. 
 
Emma Koronel isə Çapoya olan sevgisinə görə ağır cəza alıb. Belə ki, 2016-cı ilin yayında onun iki  azyaşlı qardaşıoğlu Meksikada baş verən atışma zamanı güllələnib. 

Nərmin Həsənli