Xəbər lenti

Məşhur Hollivud ulduzu UFC döyüşçüsünə ev hədiyyə etdi (VİDEO)
İdman 14:23 07.08.2023

Məşhur Hollivud ulduzu UFC döyüşçüsünə ev hədiyyə etdi (VİDEO)

Hollivud ulduzu Dveyn Conson UFC döyüşçüsü Temba Qorimboya böyük jest edib.

Qaynarinfo-nun "İndependent"ə istinadən məlumatına görə, Conson Zimbabveli idmançıya ABŞ-nin Mayami şəhərində ev alıb. Buna səbəb Consonun Qorimbonun hekayəsindən təsirlənməsi olub. Məşhur idman kanalı ESPN 32 yaşlı döyüşçünün bank hesabında cəmi 7,49 dollar olduğunu bildirib. 

Mayda UFC-də ilk qələbəsini qazanan Qorimbo, gəlirinin böyük hissəsini Zimbabvedəki kəndinə göndərdiyini söyləyib. Şortik və əlcəklərini də satan idmançı kəndinin təmiz içməli su ilə təmin olunması üçün quyu qazılması məqsədilə doğulduğu kəndə yeddi min dollar yardım edib. Bundan təsirlənən "The Rock” (Qaya) ləqəbli Hollivud ulduzu Qorimbonun hekayəsinin ona keçmişi xatırlatdığını yazıb: "Bunu görmək dəlilikdir. Bu özü ilə çoxlu emosiyalar və xatirələr gətirir... Bir vaxtlar mənim də yeddi dollarım var idi”.

51 yaşlı məşhur aktyor iki gün əvvəl paylaşdığı videoda Qorimbonu təəccübləndirib. Belə ki, müsahibə üçün görüşdüyünü düşünən döyüşçü Consonla qarşılaşıb. Qalmağa yeri olmadığını deyən Qorimbo aktyora idman zalında yatdığı yeri göstərib. Bundan sonra məşhur aktyor Qorimbonu dostu ilə tanış edəcəyini və onu evinə aparacağını söylədi. Evinə gedərkən orada özünün və ailəsinin fotolarını görən döyüşçü, Consonun mənzili onun üçün kirayəyə götürdüyünü və orada qaldığı müddətdə bütün xərcləri ödəyəcəyini öyrənincə çox sevinib.

Keçmiş güləşçi Qorimbonun döyüş karyerası üçün lazım olan ləvazimatları da gətirdiyini bildirib və "Hekayəniz mənə təsir etdi. Mən bank hesabınızda yeddi dolların olmasının nə olduğunu bilirəm. Mayamidə olanda mənim də yedi dollarım var idi” - sözlərini söyləyib.  Qorimbo isə yığdığı pulu Zimbabvedə başqa bir quyu qazmaq üçün ev almağa sərf edəcəyini deyib.

 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->