Xəbər lenti

Dünya 14:51 25.05.2018

Məşhur kəşfiyyat xidmətindən maraqlı addım: TV-də iş elanı verdilər

İngiltərə xarici kəşfiyyat servisi "MI6" "Channel 4" kanalında iş elanı yayımlayıb.

Qaynarinfo xəbər verir ki, elanda akvariumdakı köpəkbalığını görən uşaq qorxur və anası övladını qucaqlayaraq onu sakitləşdirir, sonda "Biz də sizin kimiyik" fikri səslənir və işə müraciət üçün internet saytı göstərilir.

Təşkilat qadın və cinsi azlıqların müraciətlərinə xüsusilə əhəmiyyət verdiyini açıqlayıb. "Kəşfiyyat işçisi" vakansiyası üçün illik maaş 35-37 min funt müəyyənləşdirilib. 

2016-cı ilin məlumatına görə, təşkilatda idarəçilərin 24,1%-ni, digər vəzifələrdə qərarlaşanların isə 37,8%-ni qadınlar təşkil edir. 

Qeyd edək ki, "MI6" daha əvvəl də oxşar iş elanları yayımlamışdı, lakin ilk dəfədir ki, bunu televiziya vasitəsilə edir.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->