Xəbər lenti

Metroda dəhşət yaşandı, hamı elə bildi ki... (FOTOLAR)
Foto 15:28 13.01.2018

Metroda dəhşət yaşandı, hamı elə bildi ki... (FOTOLAR)

ABŞ-ın Nyu-York şəhərində Rikki Bax adlı 22 yaşlı danimarkalı tələbə qatarın gəldiyi ərəfədə relslərin üstünə yıxılıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, qatarla xəttin divarı arasında sıxışıb qalan şəxs FHN işçilərinin səyi nəticəsində oradan çıxarılıb.

İnsanlar əvvəlcə onu qatarın vurduğunu düşünsələr də, sonradan başı gicəlləndiyi üçün yıxıldığı məlum olub.

20 dəqiqəlik xilasetmə tədbirlərindən sonra çıxarılan qadın xəstəxanaya çatdırılıb. Onun yüngül yaralı olduğu bildirilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->