Xəbər lenti

Ölkə 09:31 27.10.2017

Metroda qatarlar niyə gecikir? (AÇIQLAMA)

Bu gün səhər saatlarından "Bakı Metropoliteni”ndə sərnişin sıxlığı müşahidə olunur. Mənzil başına vaxtında çata bilməyən sərnişinlər bundan şikayətlənirlər.

"Qaynarinfo”nun məlumatına görə, məsələ ilə əlaqədar "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Oxu.Az-a bildirib ki, bu gün səhər saat 6-dan depodan gələn qataraların qəbulunda gecikmə olub, buna görə bir sıra problemlər yaşanıb. Buna görə səhər saatlarında qatarların sayı az olub. Amma  problem tezliklə aradan qaldırılıb. Hazırda qatarlar arasında interval normaldır.
 
Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->