Xəbər lenti

İdman 22:10 16.05.2018

Millimiz Gürcüstanla bacarmadı

Bu gün 20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. 

Qaynarinfo xəbər verir ki, yığmamız Gürcüstandan olan həmyaşıdları ilə qarşılaşıb.

Bu, Rəşad Sadıqovun yetirmələrinin may ayı üçün nəzərdə tutulan 3 yoxlama matçından birincisi olub. Komandamız üç gündü Bakının qonağı olan Gürcüstan millisini "Dalğa Arena”da qəbul edib. 

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.  

Qeyd edək ki, U-20 yığmamız mayın 24-də və 27-də eyni stadionda Makedoniyanın U-21 millisi ilə 2 yoxlama oyununda qüvvəsini sınayacaq.

Yoldaşlıq oyunu
16 may

Azərbaycan U-20 - Gürcüstan U-20 1:2
Qollar: Ziya Əzizov, 66 - David Muciri, 78. David Samurkasovi, 83.
Azərbaycan U-20: Kamran İbrahimov, Faiq Hacıyev, Anton Krivoçyuk, Rişat Qarayev, Amin Seydiyev, İsmayıl İbrahimli, Famil Camalov, Ziya Əzizov, Kamran Əliyev, Hacıağa Hacılı, Fərid Nəbiyev.
Gürcüstan U-20: Nika Kavtaradze, Andria Rurçeladze, Nika Kurşavişvili, Yuri Tabatadze, Piruz Qabitaşvili, David Samurkasovi, Luka Poçxua, Tornike Cebniauri, İrakli Burqidze, Vato Arveladze, Mixail Erqemlidze.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli.
"Dalğa Arena” stadionu.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?