Xəbər lenti

Siyasət 15:49 14.12.2019

MSK 71 nəfərin namizədliyini qeydə aldı, 29-una imza vərəqələri verdi

2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün bu günə qədər daxil olan müraciətlərin sayı açıqlanıb.

Qaynarinfo xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bugünkü iclasda çıxışı zamanı 268 namizədin müraciət etdiyini deyib.

O bildirib ki, növbədənkənar parlament seçkilərində iştirak etmək istəyən 71 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib: "29 nəfərə isə imza vərəqələri verilib”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?