Xəbər lenti

Video 13:55 29.10.2018

MTRŞ-dan ATV-nin efirində işlədilən vulqar ifadəyə reaksiya (VİDEO)

ATV telekanalının efirində yayımlanan "Təhminə və Zaur" serialında vulqar sözdən istifadə olunub.
 
Milli Televiziya və Radio Yayım Şurasının Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov bununla bağlı Qaynarinfo-ya açıqlama verib. O, bildirib ki, bu cür halların efirə yol açmaması üçün yayımçılar daha diqqətli olmalıdır:
 
"Düzdür, həmin teleserial prodakşn instehsalıdır. Kanalda pradakşnlarla işləyən şəxslər bu kimi məsələlərlə bağlı prodakşnlara əvvəlcədən ciddi xəbərdarlıq etməlidirlər. Prodakşnlar da efir məhsulu hazırladıqları üçün teleradio yayımı haqqında qanunvericliyi yaxşı bilməlidirlər. Çünki nöqsana yol verən prodakşn olur, amma cavabdeh telekanal. Düzdür, belə məqamda bəziləri hər birimizin sevərək izlədiyimiz "Bəxt üzüyü” filmini misal gətirirlər. Hansı ki, həmin filmdə də həmin ifadəyə rast gəlinir və onun günün istənilən saatında yayımı həyata keçirilir. Bundan başqa, "Yarımştat” televiziya tamaşasında da bu cür müəyyən hallar var. Lakin bütün hallarda teleyayım üçün çəkilən yeni film və seriallarda efirin estetikası baxımından diqqətli olmaq vacibdir".
 
Çingiz Səfərli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?