Müğənni Aysel Əlizadənin avtomobilini soyublar.

"Qaynarinfo" axsam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "Lider maqazin"ə açıqlamasında deyib. O bildirib ki, "Porsche" markalı maşınından güzgüləri götürüblər:

"Güzgüləri çıxardıblar. Sağ-sol güzgü olmadığı üçün maşını sürmürəm. Heç vaxt maşına dəyərli nəsə qoymuram. Bunu nəzərə alsınlar. Ona görə də maşından nəsə götürməyiblər. Güzgünün özü də böyük ziyandır. Qadam-balam bununla getsin. İşi boş buraxmadım. Maşın olan yerdə kamera var. Hər şey tapılacaq. Götürüb, canı sağ olsun. Amma qanun qarşısında cavab verəcək".
 
Qaynarinfo.Az