Xəbər lenti

Dünya 19:20 18.02.2018

Naməlum şəxs Dağıstanda kütləni atəşə tutdu

Bu gün naməlum şəxs Dağıstanda karnaval zamanı kütləni atəşə tutub

APA-nın məlumatına görə, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb

Hadisə Kizlyar şəhərində baş verib. Silahlı şəxs bayram karnavalında insanlara atəş açıb. Nəticədə 4 nəfər ölüb, 4 nəfər də yaralanıb. Cinayətkar hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində öldürülüb. 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?