Ekonomiks 14:48 15.03.2018

Nəhəng offşor şirkəti bağlanır

Müştərilərinə aid offşor sənədləri mətbuatda yayımlanan məşhur "Mossack Fonseca" hüquq şirkəti fəaliyyətini dayandırır.

Qaynarinfo Financial Times-a istinadən xəbər verir ki, şirkət yazılı açıqlama ilə çıxış edərək ay sonunda bağlanacağını açıqlayıb. 2016-cı ildə yaşanan skandalda firmaya aid sənədlər mətbuatda yayımlanmış, nəticədə şirkət dünyanın 40 ölkəsində işləyən 600 əməkdaşının sayını 50-yə qədər endirmək məcburiyyətində qalmışdı. 

Alman vəkil Yürgen Mossack tərəfindən 1977-ci ildə qurulan və dünyanın ən böyük 4-cü offşor şirkəti olan "Mossack Fonseca"ın 11,5 milyon sənədi 2016-cı ildə "Panama sənədləri" adı altında yayımlanmış, nəticədə bir çox ölkədə korrupsiya ilə əlaqədar istintaq prosesinə start verilmişdi.

Gülşən