Dünya 22:05 10.12.2017

Nobel mükafatçıları təltif edildi

Stokholmda Nobel mükafatı laureatları təltif edilib.

Qaynarinfo report-a istinadən xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

Qeyd edilir ki, Stokholmun Konsert zalında Alfred Nobelin xatirəsinə təsis edilmiş 2017-ci il üzrə ədəbiyyat, tibb və ya fiziologiya sahəsində, fizika, kimya, iqtisadiyyat üzrə Nobel mükafatlarının təqdim edilməsi mərasimi başa çatıb.

İsveç kralı XVI Qustav diplom və medalları Britaniya yazıçısı Kadzuo İsiquroya, ABŞ professoru Cefri Holla, Mayk RosbaşaMaykl Yanqa, fiziologiya və ya tibb üzrə mükafata sahib olmuş üç fizikə - ABŞ-da işləyən, əslən Almaniyadan olan Rayner Vayssa, həmçinin amerika professorları - Barri Berişə Kip Torna, kimya sahəsi üzrə mükafat qazanmış, ABŞ-da işləyən Almaniya əsilli Yoahim Franka, Jak Debuşiyə (İsveçrə) və Riçard Hendersenə (Böyük Britaniya), iqtisadiyyat üzrə mükafat qazanmış professor Riçard Talerə (ABŞ) təqdim edib.

Bu il Nobel mükafatlarının hər nominasiya üzrə məbləği 9 milyon İsveç kronu (bir milyon ABŞ dolları) təşkil edib.