Xəbər lenti

Sənət 20:39 12.09.2014

ODA teatrı bağlandı - FOTOLAR

Oda Teatrının divarlarındakı qrafitlər silinib, qıfılı dəyişilib.



Teatrın direktoru Elmin Bədəlov “Qafqazinfo”ya verdiyi məlumatda bunu teatrın yerləşdiyi yerin icarədarına edilən təzyiqlərlə əlaqələndirib:

“İcarədar Fərhad Məmmədovla görüşməyə gedirəm. Ev sahibi deyir ki, polislər ona təzyiq edib. Deyiblər ki, o gənclər müxalifətçidir. Bizim aktyorların heç bir partiya mənsubiyyəti yoxdur. Bir illik müqavilə bağlamışıq və bu ayın kirayəsini də əvvəlcədən ödəmişəm”.

Bakının Əlövsət Quliyev 115 ünvanında yerləşən binada fəaliyyət göstərən ODA teatrının şəxsi səhifəsində məsələ ilə bağlı lazımi instansiyalara müraciət olunacağı bildirilib:

“Biz teatr olaraq Daxili İşlər Nazirliyinə, Ramil Usubova müraciət edəcəyik. Nəsimi Rayon Polis İdarəsi yer sahibinin qohumlarıni işdən çıxarmaqla hədələyir”


Qaynar.info


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->