Xəbər lenti

Ölkə 14:08 23.04.2024

"Ona görə vətəndaş nikahına girməsinlər" - Sahibə Qafarova

"Vətəndaş nikahı Avropadan Azərbaycana keçib. Avropada araşdırmalara görə, vətəndaş nikahı azalır. Amma Azərbaycanda isə getdikcı artır".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

O bildirib ki, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb.

Milli Məclisin sədri Sahibə Qafarova isə bildirib ki, vətəndaş nikahı qanunsuzdur: 

"Kişi də, qadın da bunu bilir. Ona görə də vətəndaş nikahına girməsinlər".

Qafqaz Rafiqoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->