Dünya 09:47 05.02.2019

Parisdə yanğın 7 nəfərin həyatına son qoydu, 30 yaralı var

Fransanın paytaxtı Parisdə 8 mərtəbəli binada yanğın meydana gəlib.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, hadisə 7 nəfərin həyatına son qoyub, 1-i ağır olmaqla 30 yaralı var. Yaralılardan 3-ü yanğınsöndürəndir. Zərərçəkənlərin sayının artması istisna edilmir. 

Hadisə yerinə 200 yanğınsöndürən cəlb edilib.

Gülşən