Bakı şəhərinin Nərimanov rayonunda restoranda baş vermiş yanğın söndürülüb.
Bu barədə Qaynarinfo-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev ərziyə baş çəkib. Yanğın zamanı xəsarət alan olmayıb.
***10.22
Fövqəladə Hallar Nazirliyin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda restoranda yanğın baş veib.
FHN-dən Qaynarinfo-ya bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
Şərhlər