Xəbər lenti

Ekonomiks 18:48 17.09.2018

Paytaxtın bir sıra küçələrində tıxac var: avtobuslar gecikir

Paytaxtın bir sıra küçələrində tıxac var.

Bakı Nəqliyyat Agentliyindən Qaynarinfo-ya verilən məlumata görə, bu dəqiqələrdə paytaxt yollarında, o cümlədən də 28 May küçəsi-Rəşid Behbudov küçəsi istiqamətində, Rəşid Behbudov küçəsi-Mərkəzi Bank istiqaməti, Tbilisi prospekti-hər iki istiqamətdə, Koroğlu Rəhimov küçəsi-Fətəli xan Xoyski prospekti istiqamətində, Ziya Bünyadov prospekti - hər iki istiqamətdə, Üzeyir Hacıbəyov küçəsi - mərkəz istiqamətində sıxlıq müşahidə edilir.

Hazırda yollarda hərəkətin normal axınını təmin etmək üçün zəruri tədbirlər görülür. Mümkün olan küçə və prospektlərdə yaşıl dalğa tətbiq edilir.

Tıxac səbəbindən əksər marşrut xətlərinin intervalında gecikmələr yaranıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?