Türkiyənin Hakkari şəhərinin Şemdinli ərazisinə yaxın Qayalar bölgəsində PKK terror təşkilatı təhlükəsizlik əməkdaşlarına tələ qurub.
Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, əsgərləri aparan nəqliyyat vasitəsinin keçdiyi yerə yerləşdirilən bomba partlayıb. Nəticədə Fehmi Özer və Ayxan Özer şəhid olub, 3 nəfər isə yaralanıb. Hadisə yerinə polis və təcili tibbi yardım qrupları cəlb edilib.
Hücum barədə Hakkari Valiliyi məlumat yayıb.
Gülşən
Şərhlər