Xəbər lenti

Ölkə 12:06 11.03.2014

Polis "Elmlər Akademiyası" metrosunu mühasirəyə aldı - YENİLƏNİB+FOTO+VİDEO

12:06

Bakı metrosunda ticarətlə məşğul olan sakinlər obyektlərinin sökülməsinə etiraz ediblər. 

Məlumata görə hazırda metronun "Elmlər Akademiyası" stansiyasına ticarətçilər hücum edib. Onlar öz ticarət obyektlərinin əllərindən alınması ilə bağlı etiraz edirlər.

"Gənclik" metrosundan "Koroğlu" stansiyasına qədər olan bütün stansiyalarda ticarət obyektlərinin sökülməsi ilə bağlı göstəriş verilib.

Ticarətçilər aylıq 900 manata qədər kirayə haqqını ödədiklərini və yanvar ayından 1500 manat tikinti üçün pul verdiklərini deyiblər. Lakin indi onların ticarət obyektləri əllərindən alınır. Buna etiraz olaraq onlar "Elmlər Akademiyası" metrosunda toplaşıblar.

***

11:32

Bu gün polis yenidən Bakı Dövlət Universitetini (BDU) mühasirəyə alıb. 

Hazırda "Elmlər Akademiyası" metrosunun giriş və çıxışı da polis nəzarətindədir. 

Qaynar.info-ya verilən məlumata görə ərazidə aksiya gözlənilir. Polisin ərazini nəzarətə götürməsi də bununla bağlıdır.

Qaynar.info 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?