Xəbər lenti

Prezidentin köməkçisi rüşvət aldığı üçün həbs olundu
Dünya 15:33 14.12.2017

Prezidentin köməkçisi rüşvət aldığı üçün həbs olundu

Ekvador prezidentinin köməkçisi Corce Qlas rüşvət ittihamı ilə həbs olunub.

Qaynarinfo-nun xarici KİV-ə istinadən məlumatına görə, Beynəlxalq Məhkəmə onun barəsində 6 il müddətinə həbs qərarı çıxarıb. Qlasın Braziliyanın inşaat şirkəti olan "Oberdekt"in ölkədəki ən önəmli layihələri qazanması üçün milyonlarla dollar rüşvət verməsi işində vasitəçi olduğu bildirilib.

Son 2 prezident seçkilərində prezident köməkçisi postunu qoruyan Qlas əmisi və onlarla əlaqəli olan digər 3 nəfərlə birgə saxlanılıb.

Qeyd edək ki, "Oberdekt"in yüksək dairələrə rüşvət verməsi ilin əvvəlində ABŞ Ədliyyə Nazirliyinin apardığı araşdırmalar zamanı üzə çıxmışdı.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->