İbrahim Şehiçlə yollarını ayıran "Qarabağ" axtardığı qapıçını İtaliyada tapıb.
Qaynarinfo İtaliyanın nüfuzlu "gianlucadimarzio” saytına istinadən xəbər veir ki, Azərbaycan çempionu "Peskara”nın qapıçısı Vinçenzo Fiorillonu transfer edir. "Qarabağ" B Seriyasında çıxış edən kluba qapıçı üçün 600 min avro təklif edir.
Ağdamlılar Vincenzo Fiorillo ilə 2 illik müqavilə imzalamaq niyyətindədi. "Qarabağ"ın qolkiperə təklif etdiyi maaşla bağlı məlumat verilmir.
Qeyd edək ki, 28 yaşlı qapıçı İtaliyanın U-17, U-19, U-20, U-21 yığmalarında forma geyinib, amma əsas milliyə dəvət almayıb. "Sampdoriya”nın yetirməsi olan futbolçu genuyalılarla yanaşı, "Recina”, "Spetsiya”, "Livorno”da da çıxış edib. 2014-cü ildə "Yuventus”a transfer edilsə də, bu komandada debüt şansı qazanmayıb. 2016-cı ildə isə "Peskara” 1 milyon avroya onun transfe hüququnu alıb.
Şərhlər