Dünya 13:50 10.11.2019

Qasırğa 1,5 milyon insanın təxliyəsinə səbəb oldu

Banqladeşin cənubunda Bulbul qasırğası təhlükəsinə görə 1,5 milyon insan təxliyə edilib.

Qaynarinfo xəbər verir ki, güclü külək və yağışla müşahidə edilən qasırğa artıq 3 nəfərin ölümünə səbəb olub. Bulbul saatda 120 km sürətlə ölkənin şimal-şərqinə doğru irəliləyir.

Gülşən