Xəbər lenti

Siyasət 18:44 03.05.2013

Qüdrət Həsənquliyev: “İran ekstremist dövlətdir”

“İran beynəlxalq hüquqa əhəmiyyət verməyən, qanunlara hörmətlə yanaşmayan, ekstremist bir dövlətdir”. 

Bunu APA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev İranda həbs olunan azərbaycanlı alim Xalidə Xalidlə bağlı məsələyə münasibət bildirərkən deyib.

Q. Həsənquliyev bildirib ki, bu cür ekstremist dövlətdən insan haqlarına hörmət gözləmək absurddur: “Onlar bu tipli əməlləri ilə böyük dövlət olduqlarını göstərmək istəyirlər. Bildirmək istəyirlər ki, “sizin aliminizi həbs etməklə sizdən güclü dövlətik və heç kim buna görə bizi cəzalandıra bilməz, hansısa formada irad da tuta bilməz”. Bu, artıq onların bizimlə davranış tərzidir. Amma anlamırlar ki, bununla böyük dövlət imici yox, özlərinin dünyada ekstremist dövlət imicini yaradırlar”.

Q. Həsənquliyev hesab edir ki, Azərbaycanda din pərdəsi altında İranla sıx əməkdaşlıq edən adamlar ciddi nəzarətə götürülməlidir: “Bizim xüsusi xidmət orqanları ciddi işləsələr, həmin adamların 99,9 faizinin İran agenti olması üzə çıxacaq. Xanımımızı, şairlərimizi həbs edən dövlətlə adını azərbaycanlı qoyub əməkdaşlıq etməyi mən başa düşə bilmirəm. Bu günlərdə hətta İslam Partiyasının sədrini əvəz edən şəxs bəyan edir ki, “mən Xamneyi ilə görüşdüm və ondan alim xanımımızın azad olunması üçün dua etməsini xahiş etdim”. Belə də həyasız bəyanat olar?!”

Deputat İranın islam dövləti olmasına baxmayaraq, müsəlman azərbaycanlılara qarşı soyqırım törətmiş Ermənistanla yaxın əməkdaşlığını da xatırladıb.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?