Xəbər lenti

Ölkə 09:50 31.01.2013

"Binə"də yanğın oldu

"Binə" Ticarət Mərkəzində yanğın başlayıb. Bu barədə Trend-ə hadisə şahidləri məlumat veriblər. Məlumata görə, yanğın səhər saat 07:30 radələrində baş verib.

Qaradağ rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, yanğın 6-cı sıra, I korpus 20 saylı mağazada başlayıb. 20 kv.m ərazi yanıb. Xəsarət alan yoxdur.

Əraziyə çoxlu sayda yanğınsöndürən və təcilli tibbi yardım maşını cəlb edilib.

Fövqəladə Hallar Nazirliyinin Qaradağ Rayon Yanğından Mühafizə Xidmətindən bildiriblər ki, hadisə ilə bağlı onlara çağırış saat 08:16 radələrində daxil olub. Hadisə yerinə yanğınsöndürən maşınlar göndərilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?