Xəbər lenti

Dünya 11:51 24.05.2013

"VKontakte" qadağan edildi

Rusiyanın ən böyük sosial şəbəkələrindən biri olan "VKontakte" saytı qadağan edilmiş saytlar sırasına daxil edilib. 

Qaynar.info-nun məlumatına görə, sayt mayın 24-dən etibarən "Roskomnadzor"un qərarı ilə qadağan edilmiş saytlar sırasına daxil edilib. 

Artıq Sankt-Peterburq daxil olmaqla bir sıra iri şəhərlərdə uistifadəçilər sayta girişin mümkün olmadığını bildiriblər. 

Baykal bölgəsinin internet provayderi Baykal TTK şirkəti verdiyi açıqlamada "Sosial şəbəkə bütün istifadəçilərə bağlanacaq. Bu, çox narahatedici bir vəziyyətdir" deyib. 

Qeyd edək ki, "VKontakte" Rusiyanın ən böyük sosial şəbəkələrindən biridir. Onun 40 milyondan çox üzvü var. 

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?