Xəbər lenti

Qvardiola Ançelottinin rekorduna şərik oldu
İdman 10:46 17.08.2023

Qvardiola Ançelottinin rekorduna şərik oldu

"Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola üç fərqli komanda ilə UEFA Superkubokunu qazanan ilk məşqçi olub. 

Qaynarinfo-nun məlumatına görə, mütəxəssis bununla Karlo Ançelottinin rekordunu təkrarlayıb. 

UEFA Superkubokunun finalında Çempionlar Liqasının son qalibi "Mançester Siti” və Avropa Liqasının çempionu "Sevilya” üz-üzə gəlib. "Mançester Siti” əsas vaxt 1:1 hesabı ilə bitən matçın penaltilər seriyasında "Sevilya”nı 5:4 hesabı ilə məğlub edərək növbəti titula sahib çıxıb. 

Daha əvvəl "Barselona” və "Bavariya” ilə bu kuboku qazanan Qvardiola üç fərqli komanda ilə eyni uğura nail olan ilk məşqçi ünvanına yiyələnib. 

Qvardiola həm də karyerası ərzində 36-cı kubokunu qazanıb. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->