Xəbər lenti

Qvardiola polisdən pul istədi (VİDEO)
İdman 17:21 22.08.2023

Qvardiola polisdən pul istədi (VİDEO)

Pep Qvardiola yol polisinin ona parklama cəzası verməsindən sonra maraqlı addım atıb.

Qaynarinfo-nun məlumatına görə, "Mançester Siti"nin baş məşqçisi avtomobilini qoşa sarı xəttin üzərində saxladığı üçün qaydanı pozub. Bu səbəbdən ispan mütəxəssisə cərimə yazılıb.

"Mançester Siti"də həftədə 379 min funt-sterlinq qazanan Qvardiola qanunsuz park etdiyi avtomobilinə qayıdarkən yol polisi ilə qarşılaşıb. Kataloniyalı məşqçi onunla şəkil çəkdirmək istəyən qanun keşikçisinə "Şəkil çəkdirmək istəyirsən? Fotonun pulunu ödəməlisən!" - sözlərini söyləyib.
 
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->