Xəbər lenti

İdman 16:18 02.10.2017

Referendumdan sonra "Barselona" qarışdı

"Barselona"  klubunun vitse-prezidenti Karles Vilarrubi və İdarə Heyətinin üzvü Jordi Mones istefa verib.

"Qaynarinfo" xəbər verir ki, istefalara səbəb dünən Kataloniyada müstəqillik referendumu keçirilən zaman "Barselona"nın "Las Palmas"la oyuna çıxması olub. 

Klub prezidenti Mariya Bartomeu oyuna çıxmamaq barədə tələbləri rədd edərək "Dünyaya burada nə baş verdiyini göstərmək məqsədilə görüşün tamaşaçısız keçirilməsini istəmişik. Oyuna çıxmamaq "Barselona"nın 6 xal itirməsinə səbəb olacaq" demişdi. 

Prezidentin açıqlamaları və qərarı ilə razılaşmayan Vilarrubi və Mones etiraz əlaməti olaraq istefa ərizəsi yazıblar. 

Gülşən

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->