Xəbər lenti

Maqazin 19:00 22.04.2024

Rihanna  "təxribatçı" geyimlərinə görə utanır: "Ana olandan sonra anladım ki..."

Üçüncü dəfə ana olmağa hazırlaşan məşhur barbadoslu müğənni Rihanna keçmişdə verdiyi qərarlardan peşman olduğunu etiraf edib. Ulduz analığın stil baxışına təsir etdiyini söyləyib.

Qaynarinfo xəbər verir ki, Rihanna "Vogue" jurnalına verdiyi müsahibədə "təxribatçı" geyimlərinə görə utandığını bildirib. Onun sözlərinə görə, sosial məclislərdə bəzi görüntülər çox açıq olub.

İndi müğənni başa düşmür ki, bədəninin intim hissələri görünən bu və ya digər paltarı necə seçmək mümkün olub. Rihanna izah edib, onun baxışlarına təsir edən analıq olub. Yalnız ana olduqdan sonra ulduz üslubda səhvlərini anlayıb.

Xüsusilə sənətçi 2014-cü ildə CFDA Fashion Awards mərasimində geyindiyi şəffaf "Adam Selman" paltarını xatırladıb.

"Bu, kifayət qədər ikiüzlü səslənəcək, amma... Həyatımda çox axmaq şeylər etdim. Mən çılpaq sinə uclarımla, paltarımın altından görünən alt paltarımla gəzirdim... Lakin, mən ana olandan sonra çox şeyi yenidən qiymətləndirdim. İndi bir gənc təcrübəli qadın və ana kimi düşünürəm ki, bir daha belə şeyləri geyinmək imkanım yoxdur", deyə Rihanna paylaşıb.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->