Xəbər lenti

İdman 23:50 07.10.2017

Robert Prosineçki: "O, bir daha millinin formasını geyinməyəcək"

“Rəqib barədə çox danışmaq istəmirəm. Dünyanın ən güclü komandalarından biridi”. "Qaynarinfo" apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.

Yığmamız DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Almaniyanın qonağı olacaq. Matçdan öncəki mətbuat konfransında xorvatiyalı mütəxəssis bu fikirləri səsləndirib: 

"Meydana çıxıb özümüzü müsbət tərəfdən göstərməyə və rəqibə çətinlik yaratmağa çalışacağıq. Bundan əvvəl də Çexiya ilə çətin oyunlarımız olub. Zədəli futbolçularımız var. Bugünkü məşqi gözləməliyəm. Sabah fikirləşəcəm, görüm, əsas heyətdə kim çıxış edəcək. Əlimizdən gələni edəcəyik ki, oyundan sonra deyə bilək ki, bacarığımızı ortaya qoyduq”.

- Bəzi zədəlilərin olduğunu dediniz. İndiki duruma görə olan heyəti deyə bilərsinizmi?

- Oyun bu gün olsaydı, hansı heyətlə çıxacağımızı deyə bilərdim. Zədəlilərimiz var. Bu gün fiziki yükləmə edəcəm. Ondan sonra qərarımı verəcəm.

- Heyətdə zədəlilərin olduğunu nəzərə alıb, sabah Rəşad Sadıqovu meydana buraxa bilərsinizmi?

- Xeyr. O, bir daha millinin formasını geyinməyəcək. Çexiya ilə oyun oonun üçün son matç idi. Üstəlik, zədəsi də var. Klubuna da qayıtmalıdı. Kapitanımız olduğu üçün Almaniyaya gəlməsini istədik. İstənilən halda, Rəşad sabah oynamayacaq.

- Yoahim Löv bildirdi ki, sabah böyükhesablı qələbəyə inanmır. Sizin fikriniz nədi?

- Futbolda hər şey ola bilər. Almanlar Bakıda çətinlik çəkdilər. Bizim onlara qarşı o cür oynayacağımızı gözləmirdilər. Bizim qorxumuz yoxdu. Norveç də bura gələndə uduzmayacağına inanırdı, amma 7 qol buraxdı. Almanlar 90 dəqiqə eyni formada olurlar. İnanıram ki, almanlar sabah rahat oynaya bilməyəcəklər.

Qaynarinfo.Az

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?