İdman 16:46 03.12.2017

Rusiya "DÇ-2018"dən nə qədər qazanacaq?

Rusiya "DÇ-2018"dən 18 milyard dollar gəlir əldə edəcək.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın ev sahibliyi edəcəyi dünya çempionatının püşkatma mərasiminə futbol dünyasından bir çox şəxs qatılıb. Açılış Rusiya prezidenti Vladimir Putin tərəfindən edilib.
 
Putin çıxışında "Hamınız xoş gəlmisiniz. Qrup mərhələsi, yarış çox gərgin keçdi. Bu gün də dünyanın ən güclü 32 komandası püşkatmanı gözləyir. Hansı şəhərlərdə matç oynayacaqları müəyyənləşəcək. Burada futbol ən yüksək səviyyədə oynanacaq. Atılacaq qolları dünyaya nümayiş etdirmək böyük xoşbəxtlik olacaq" fikirlərini səsləndirib.

Gülşən