Dünya 16:38 22.01.2020

Rusiya demokratiya indeksinə görə dünyada 134-cü yeri tutdu

İngiltərədə yerləşən The Economist Intelligence Unit araşdırma təşkilatı 2019-cu il üçün Demokratiya İndeksini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, ilk beşliyə Norveç, İslandiya, İsveç, Yeni Zelandiya və Finlandiya daxildir. Son 5 yeri tutan ölkələr isə Çad, Suriya, Mərkəzi Afrika Respublikası, KRD və KXDR-dir.

Rusiya 2019-cu il üçün reytinq cədvəlində 134-cü yeri Konqo ilə bölüşüb. Tədqiqatçılar Rusiya Federasiyasında 2024-cü ilə qədər hökumətin dəyişməsinin gözlənilmədiyini, Qərblə münasibətlərin gərginləşəcəyini və sanksiyaların davam edəcəyini diqqətə çatdırıb.