İdman 15:01 23.05.2018

Şehiç “Qarabağ”dan gedir

"Qarabağ”ın daha bir legioneri klubdan ayrılıb.

Qaynarinfo xəbər verir ki, oxu.az-ın kluba yaxın mənbədən əldə etdiyi məlumata görə, bu, qapıçı İbrahim Şehiçdir.

Onun müqaviləsi başa çatır. Bosniya və Herseqovina millisinin qolkiperi yeni müqavilə şərtləri ilə razılaşmayıb və komandanı tərk etmək qərarı verib.

Bu xəbəri klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov təsdiq etməsə də, təkzib də etməyib:

"Bizdə bir çox futbolçuların klubla müqavilələri başa çatıb. İbrahim də həmin futbolçular arasındadır”.

Qeyd edək ki, İbrahim Şehiç 2013-cü ilin oktyabrından "Qarabağ”da çıxış edirdi. "Qarabağ”ın digər qapıçısı ukraynalı Anton Kanibolotskidir.

Xatırladaq ki, "Qarabağ”dan ayrılması dəqiqləşmiş digər futbolçular Riçard Almeyda, Pedro Enrike, Əfran İsmayılovRahid Əmirquliyevdir.