Xəbər lenti

Dünya 22:35 23.04.2024

Seksual cinayət törədən şəxsə süni intellektdən istifadə qadağan edildi - İlk dəfə

Böyük Britaniyada seksual cinayət törədən şəxsə ilk dəfə olaraq süni intellektdən şəxsi məqsədləri üçün istifadə etmək qadağan edilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" yazıb.

48 yaşlı Entoni Dover uşaqların 1000-dən çox seksual şəklini yaratdığı üçün süni intellektə çıxışı qadağan edilib. Ona qarşıdakı beş il ərzində polisin icazəsi olmadan hər hansı süni intellekt alətlərindən istifadə etmək qadağan olunub ki, bu da ilk belə hadisədir.

Dover həmçinin 200 funt-sterlinq cərimələnib və pedofillər tərəfindən hiper-real uşaq cinsi istismarı materialı yaratmaq üçün istifadə edilən "Stable Diffusion" proqramından istifadə etməmək öhdəliyi qoyulub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->