Xəbər lenti

Ekonomiks 16:02 26.03.2018

Sergey Mavrodi öldü

Rusiyada "MMM" iqtisadi piramidasının yaradıcısı Sergey Mavrodi vəfat edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, gecə saatlarında Polikarpova küçəsində vəziyyəti pisləşən 62 yaşlı Mavrodi xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb və infarktdan dünyasını dəyişib. 

Sergey Mavrodi 1994-cü ildə Rusiya parlamentinin üzvü olub və 1996-cı ildə prezident seçkilərində iştirak edib. O, 2007-ci ildə "MMM"-in 10 min səhmdarına 4,3 milyon dollar fırıldaqçılıq etməkdə günahlandırılaraq 4,5 il müddətinə azadlıqdan məhrum edilmişdi. 

Mavrodi 2016-cı ildə öz kripto valyutası olan "Mavro"nu yaradıb və ilk ay 33 min insan valyutadan yararlanıb.

Gülşən

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?