Xəbər lenti

Şeyxülislam axund və imamlara göstəriş verdi
Ölkə 13:28 14.02.2018

Şeyxülislam axund və imamlara göstəriş verdi

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bütün məscidlərdə bu həftənin cümə günü xütbələrdə seçkilərdə İlham Əliyevin namizədliyinə səs verilməsi üçün çağırış edilməsi ilə bağlı axund və imamlara göstəriş verib.

Qaynarinfo-nun unikal.org-a istinadən məlumatına görə, Şeyxülislam bu gün idarədə din xadimləri ilə keçirilən görüşdə bildirib ki, dini liderlərin bu gün seçkilərlə bağlı qəbul etdiyi müraciət bu həftənin cümə günü xütbə zamanı xalqa çatdırılmalıdır: 

"Təbii ki, biz heç kəsi kiməsə səs verməyə məcbur edə bilmərik, bizim borcumuz xalqa həqiqəti çatdırmaqdır. Ona görə də axund və imamlardan bu cümə xütbələrdə bunu etmənizi istəyirəm. Onu da deyim ki, bunun yerinə yetirilməsinə tərəfimizdən nəzarət olacaq".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->