Xəbər lenti

Dünya 15:00 18.01.2020

Somalidə bombalı hücum: türkiyəli podratçılar hədəf alındı

Somalinin paytaxtı Moqadişunun 30 kilometr uzaqlığında bombalı hücum olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, hücumda türkiyəli podratçılar hədəf alınıb.

Belə ki, bomba yüklü avtomobil podratçıların olduğu restorana daxil olub. Hadisə nəticəsində ölən olmasa da, 3-ü türk olmaqla 11 nəfər yaralanıb.

Qeyd edək ki, dekabrın sonlarında da Moqatişuda terror törədilmiş və 2-si Türkiyə vətəndaşı olmaqla 80 nəfər həyatını itirmişdi.
 
Camal

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?