Video 10:39 22.02.2019

Sumqayıtdakı dəhşətli avtobus qəzasının görüntüləri yayıldı (VİDEO)

Dünən axşam saatlarında Sumqayıtda baş verən dəhşətli avtobus qəzasının görüntüləri yayılıb. 

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, görüntülərdə avtobusun "Toyota Prado” markalı avtomobillə toqquşduqdan sonra binaya çırpılması əks olunub. 

Xatırladaq ki, hadisə zamanı 42 nəfər xəsarət alıb. Onlardan 12-si tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 

Qəzaya uğrayan 30 saylı avtobus Sumqayıt - H.Z.Tağıyev qəsəbəsi marşrutu üzrə hərəkət edirmiş.