Xəbər lenti

Ölkə 09:43 06.05.2013

Sürücünün başı bədənindən ayrıldı - DƏHŞƏTLİ QƏZA


Ötən gecə saat 23:00 radələrində Yevlax rayonu ərazisində ölümlə nəticələnən dəhşətli yol qəzası baş verib.

Qaynar.info-nun Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, “VAZ” markalı minik avtomobililə “Shagman” markalı yük avtomobili toqquşub.

Nəticədə hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. Hadisə zamanı “VAZ” markalı minik avtomobilinin sürücüsü və 1 nəfər sərnişin həlak olub. Qəza nəticəsində ölən sürücünün başı bədənindən ayrılıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə bədəndən ayrılmış baş nahiyəsini avtomobildən çıxarılıb. Əməliyyat saat 23:37 radələrində başa çatıb.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?